başın çıxır?

DİZEL AVTOMOBİLƏ BENZİN TÖKSƏK NƏ OLAR VƏ NƏ ETMƏLİYİK?

 Əvvəlcədən onu qeyd edək ki, bu səhvlik sizin deyil YDM -də çalışan işçinində səhvindən ola bilər. Əgər avomobili işə salmadan elə yerindəcə xəbərdar olmusunuzsa ilk olaraq xərclərin qarşılanması üçün qarşı tərəflə lazımı prosedurları etmək lazımdır. Yox əgər xəbəriniz olmadan baş veribsə və siz mühərriki işə salaraq YDM -dən uzaqlaşırsınızsa ilk hiss edəcəyiniz fərqlilik eşidəcəyiniz səslər və yan güzgülədən, arxa güzgüdən görəcəyiniz qatı qara duman olacaqdır. Bunu hiss etdiyiniz anda dayanaraq mühərriki söndürməsəniz dəyəcək mümkün ziyan ilk olaraq mühərrikin yağlanmaması, enjetor sisteminin tıxanaraq sıradan çıxması, klapanların və porşenlərin sıradan çıxamsı ilə nəticələnəcəkdir. Bu isə mühərrikin sıfırdan yığılması yeni ehtiyyat hissələri deməkdir və maddi sıxıntılara səbəb ola bilər. 
 

Əgər avtomobilinizdə katalizator filtri yer alırsa daha çox riskə girmiş olursunuz. Çünki bu filtr yüksək temraturda toz hissəciklərini aradan qaldırır. Ancaq yanmamış benzində olan maddələri xaric edə bilmir. Bu zaman benzin filtrdən axaraq yanğınada səbəb ola bilər.
 
Daxil edilmiş benzinin miqdarından aslı olaraq məsələn 65 litrlik çənə bir neçə litr benizn əlavə olunubsa çəni tam olaraq dizellə dolduraraq benizin oktan faizini və miqdarının təsir etmə gücünü öldürə bilərsiniz.

 Mühərrikə gedən benzinin qarşısını almaq üçün heç açarı taxaraq kilidi belə açmaq olmaz. Çünki kilid açılarkən dizel nasos çəndən dizel pompalmağa başlıyır və əgər dizel əvəzinə benzin pompalıyırsa artıq sistemə benizn getmiş olur və bu hal baş verərsə avtomobil çalışdırılmadan dizel filtri dəyişdirilməli, yanacaq çəni boşaldılmalı və sistemdəki yanacaq təmizlənməlidir. 
 
Belə hallarla üzləşməmək üçün YDM - lərdə diqqətli olmaq lazımdır. Məsələ təkcə düzgün olmayan yanacaq seçimində baş verəcək xəta və qəzalardan getmir. Ümumən YDM - lərdə məsuliyyətli və diqqətli davranış sərgiləmək lazımdır.
DAYANMAYAN MÜHƏRRİK - Dizel sürənlər üçün faciə
DAYANMAYAN MÜHƏRRİK - Dizel sürənlər üçün faciə

Bunu dizel avtomobili sürücüləri üçün mühərrik faciəsi adlandırmaq

GDI Mühərrik - Dizel kimi çalışan benzin mühərrik
GDI Mühərrik - Dizel kimi çalışan benzin mühərrik

Benzin ilə çalışan mühərriklərdə edilən yeniliklərdən biridə 90 - cı

İkinci Əl Avtomobil Audio Sistemi ala bilərsinizmi?
İkinci Əl Avtomobil Audio Sistemi ala bilərsinizmi?

Nəqliyyat vasitələri üçün avadanlıq çox vacibdir. Avadanlıqların