Əfsanə

KEÇMİŞDƏKİ GƏLƏCƏK - GƏLƏCƏKDƏKİ KEÇMİŞ

1985 - ci ildə ekranlara gələn "Back to Future" filmindəki bu avtomobil insanlarda 90 - ci illərin sonlarında gələcəyin avtomobili təsüratını uyaşatmağa başlamışdır. DMC - 12 marka və modeli ilə tanınan bu avtomobil filmin ikinci hissəsində Dr. Emmett Brown tərəfindən banan qabıqları ilə işə salaraq çalışdırması əslində, insanlarda gələcəkdə təkrar emalın ilkin təsvirlərini oyadırdı.
 "DMC" - Delorean Motor Company, John Zachary DeLorean tərəfindən yaradılmışdır. DMC -12 modeli isə 8000 ədədin üzərində istehsal edilmişdir. Markanın istehsalını dayandırma səbəblərindən biri də həmin illərdə başlayan ABŞ -daki iqtisadi böhran idi. Sonradan başqa bir şəxs tərəfindən satın alınan bu marka artıq bazarda itirilmiş nüfuza rəğmən avtomobilin ehtiyyat hisssələrini istehsal etməklə və servisinin təşkili ilə məşğul olmaqla davam etdirir.
Avtomobilin xarici görünüşü və dizaynı məhşur dizayner Giergotto Giugiaro tərəfindən edilmiş və o dövrlərdə sevilməklə yanaşı, fərqliliyi ilə də diqqətləri öz üzərinə çəkməyə başlamışdır. Ən çox diqqət çəkən fərqliliklərdən biri avtomobilin qapısının digər avtomobillərdən fərqli olaraq yuxarı doğru açılması idi. İstifadə də o qədər də rahat olmayan bu qapılar, kosmik nəqliyyat vasitərəninə bənzədiyinə görə yenə də sevilirdi. Avtomobilin çox ağır və paslanmaz metaldan hazırlanması onun çəkisinin çox olmasına və yanacaq sərfiyyatının digər marka və modellərə nisbətdə daha çox olmasına səbəb olmuşdur. 
DMC - 12 Avtomobili
  • Peugeot, VOLVO və Renault tərəfindən istifadə olunan, 2.8L həcmində olan V6 mühərrik istifadə olunmuşdur.
  • 130 At Gücünə və 176 Nm torq dəyərinə malikdir.
  • Mühərrikə 5 pilləli mexaniki və 3 pilləli avtomatik sürətlər qutusu quraşdırılmış
  • Sərnişinlə birlikdə 1300 kiloqrama yaxın olan avtomobil 0-dan 100-ə 8.7 saniyəyə çıxa bilirdi.
  • Yanacaq sərfiyyatı 100 kilometrə 12-13 L arasında dəyişirdi.



TOP10 - Mühərriklər
TOP10 - Mühərriklər

Bu məqalədə dünyanın fərqli avtomobil istehsalçılarından ən yaxşı

ƏFSANƏVİ RƏQABƏT - MİTSUBİSHİ və SUBARU
ƏFSANƏVİ RƏQABƏT - MİTSUBİSHİ və SUBARU

Dünyada məhşur avtomobil markalarının fərqli seqmentlərdə fərqli

DİZEL MÜHƏRRİKLİ AVTOMOBİLLƏR AVROPADA TARİX OLUR
DİZEL MÜHƏRRİKLİ AVTOMOBİLLƏR AVROPADA TARİX OLUR

JATO tərəfindən edilən araşdırmada Sentyabr ayında Avropada