20 - ci əsirn əvvəllərindən indiyə kimi istehsal olunan avtomobillərdə yüzlərlə fərqli mühərriklər fərqli yanacaq sistemləri və fərlqi iş prinsipləri sınaqdan keçirilmişdir. Benzin ilə çalışan mühərriklərdə edilən yeniliklərdən biridə 90 - cı illərin sonunda Mitsubishi tərəfindən idi və bu yeniliyə GDİ - Gasoline Direct İnjection adını vermişdi. Məqsəd daha az yanacaq sərfiyyatı və daha çox güc əldə etmək olan bu mühəndis yeniliyi günümüzdə bir çox marka tərəfindən istifadə olunur və geniş yayılmıdşır.

GDİ mühərriklərin iş prinsipi daxiliyanma dizel mühərrikləri kimidir - 20% daha az yanacaq sərfiyyatı, 20% daha az emissiya dəyətləri və 10% daha çox güc əldə etmək mümkün olur. Yuxarda qeyd etdiyimiz kimi ilk dəfə GDİ mühərriki Mitsubishi 1996 - cı ildə Carisma modelində istifadə etmişdir. Mitsubishinin bu iş prinsipinin inkişaf etdirməkdə əsas məqsədi öz seqmentində istehsal olunan avtomobillərin içində ən az yanacaq sərfiyyatı və daha çox güc, torq əldə etmək idi.

Dizel mühərriklərin iş prinisipindəki kimi yanacaq bir başa olaraq yanma kamerasına pistonun üst hissəsinə verilir və yüksək təziq ilə alışdırılır. Bu zaman yanacaq itkisinində qarşısı alınır.
Bəs bu gücü əldə etdirən fərqliliklər hansılardır?
- Silindirə girən havanı idarə edən əmici portlar
- Pistonun üst hissəsinin əyri olması və onun alışmanı kontrol altına alması
- Bu mühərriklərin sonradan Volksvagen tərəfindən istehsal edilən FSİ mühərriklərindən tək fərqi
yanacağın yanma kamerasına daha çox təziq altında çatması və yüksək təziqli benzin nasos
yanacağı bir başa olaraq yanma kamerasına göndərməsidir. - Mühərrikin enjektor sistemi yanacağı səmərəli və düzgün dövriyyəsini təşkil edir.
GDİ mühərrik istifadə edən Markalar və GDİ mühərriklə çaləşan avtomobillər.
Mitsubishidən sonra GDİ mühərrikləri Hyundai, Kia , Toyota və bir çox digər markalar istifadə etməyə başladı. Hətta Hyundai GDİ prinisipi ilə işləyən mühərrikə turbo yerləşdirərək T-GDİ adı ilə tanınan turbo GDİ mühərriklərin istehsalınada başlamışdır.
yanacağın yanma kamerasına daha çox təziq altında çatması və yüksək təziqli benzin nasos
yanacağı bir başa olaraq yanma kamerasına göndərməsidir.